Masazırda “Mercedes Vito” yanıb - Foto+Yenilənib

masazirda-mercedes-vito-yanib
Oxunma sayı: 445

Bakı-Sumqayıt yolunda avtomobildə yanğın başlayıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ərazidə “Ford” markalı avtomobil qəfildən alovlanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

***

FHN Mətbuat xidmətindən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində “Mercedes Vito” markalı avtomobildə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Xəsarət alan olmayıb.