Bakıda 2 avtobus toqquşdu, xəsarət alan var - Video

bakida-2-avtobus-toqqusdu-xesaret-alan-var
Oxunma sayı: 2381

Paytaxtın Şeyx Şamil küçəsində fiziki şəxs Malik Orucovun müvəqqəti istismarında olan 77 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə “Qafqazinfo”ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Qeyd olunub ki, sərnişin avtobusu yoldan çıxaraq ağaca dəyib. Qəza zamanı avtobusda sərnişin olmayıb və xəsarət alan yoxdur.

Digər bir yol nəqliyyat hadisəsi isə Binəqədi şossesi Binəqədi kəndi istiqamətində olub. “Çinar Trans” MMC-nin müvəqqəti istismarında olan 133 və 165 nömrəli müntəzəm marşrut xətti üzrə iki avtobus toqquşub. Daşıyıcı şirkət “Çinar Trans” MMC-dən verilən məlumata görə, hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Hazırda hər iki hadisə ilə bağlı BNA tərəfindən müvafiq araşdırma aparılır. Daşıyıcı şirkətlərin rəhbərliyi Agentliyə çağırılıb.

Hadisə yerindən görüntüləri jurnalist Əzizə İsmayılova paylaşıb: