Bakıda 200-dən çox zərərli asılılıqdan xilas edən mərkəz - Məxfilik tam qorunur!

bakida-200-den-cox-zererli-asililiqdan-xilas-eden-merkez
Oxunma sayı: 1783

Azərbaycanda xüsusi “12 addım” proqramı ilə 2021-ci ildən “SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi” fəaliyyət göstərir. 

Narkomaniya, qumar, alkoqolizm kimi şəxsin sosial həyatını məhv edən, psixoloji olaraq aşağı çəkən bəlalardan xilas olmaq istəyənlərin köməyinə gələn mərkəzin peşəkar mütəxəssisləri sayəsində yeni bir həyata addım ata bilərsiniz. 

“SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi”nin rəhbəri Ruslan Həsənzadənin sözlərinə görə, asılılıqdan qurtulan şəxslərin sosial həyata yenidən tam qaytarılmasını təmin edilir:

“Bizim mütəxəssislər narkomaniyadan, aludəçilikdən qurtulmaq istəyənlərə yüksək səviyyədə kömək edirlər. Bizim mərkəzimizin üstünlüyü ondan ibarətdir ki, Bakıda ekzistensial reabilitasiyanın ən yeni üsulları ilə işləyir, dünyaca məşhur “12 addım” proqramına uyğun işləyən heyətdir. Mərkəzimiz bu, xüsusi proqram vasitəsilə şəxsləri 200-dən artıq zərərli asılılıq, vərdişlərdən xilas edə bilir. Biz buna zəmanət veririk”.

R. Həsənzadə bildirib ki, “SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi” açılandan indiyə kimi 1000 artıq şəxsə psixoloji yardım göstərib: “Həmin şəxslər müalicələrini uğurla bitirərək, sağlam şəkildə buradan ayrılıblar. Reabilitasiya mərkəzimizin mütəxəssisləri burada qalan şəxslərin qalmağı ilə bağlı məxfiliyinə nəzarət edəcəklər. Bizimlə imzalanan müqavilənin müvafiq bəndində göstərilən xəstələr haqqında məlumatlar açıqlanmır. Reabilitasiya mərkəzimizdə pasiyentlərimiz rahat şəkildə qalmaqla,  zəruri psixoloji yardım ala bilərlər. SPR Reabilitasiya Mərkəzi Bakının ən yaxşı klinikalarında sizin üçün diaqnostika və müalicə təşkil edəcək”

Qeyd edək ki, “SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi” Azərbaycanda bir çox mükafatlara layıq görülüb. 2024-cü ildə də beynəlxalq əlaqələr, təcrübənin inkişafı ilə bağlı planlar var. 

Siz də Azərbaycanda alkoqolizm, narkomaniya və qumar aludəçiliyi kimi problemlərdən xilas olmaq istəyirsinizsə, mərkəzə üz tutun. 

SPR reabilitasiya mərkəzinin heyəti, narkomaniya, alkoqolizmdən çəkinmə hallarının aradan qaldırılması üçün ən mütərəqqi metodlardan istifadə edirlər.

“SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi” ilə əlaqə saxlayın və xoşbəxtliyiniz özünüzə sevinc bəxş edin. 

Əlaqə nömrəsi: 077 223 43 93, 099 998 33 33

https://spr.az/

https://www.instagram.com/spr_baku/

https://www.facebook.com/sprbaku/