Bakıda 4-cü sinif şagirdi qəfil öldü - Foto - Yenilənib

bakida-4-cu-sinif-sagirdi-qefil-oldu
Oxunma sayı: 3810

Bakıda məktəbli qəfil vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

10 yaşlı Elcan Məmmədov yaşadığı evdə səhhətinin qəfil pisləşməsi səbəbindən dünyasını dəyişib.

211 saylı orta məktəbin 4-cü sinif şagirdi olan Elcanın son günlər qripə yoluxduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 06:38 radələrində Mərkəzə Bakının Yasamal rayonundan çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

Hadisə nəticəsində 2016-cı il təvəllüdlü azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb.

Aslan Vəliyev