Bakıda 8-ci “MS Oil” yanacaqdoldurma məntəqəsi açıldı - Fotolar

bakida-8-ci-ms-oil-yanacaqdoldurma-menteqesi-acildi
Oxunma sayı: 3297

Xəzər rayonu, Zirə qəsəbəsi, Zirə-Pirallahı yolunu qərb hissəsində “MSDIS Holding”ə məxsus ən yüksək standartlara cavab verən “MS Oil” yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimi olub.

"Qafqazinfo" xəbər verir ki, bununla da Bakıda “MS Oil”lərin sayı 8-ə çatıb.

“MSDIS Holding”in rəhbəri Mirfəyyaz Nağıyev, şirkət nümayəndələri və qonaqların iştirak etdiyi tədbir dövlət himni start götürüb və sayca 8-ci MS OİL YDM-nin açılışını bildirən rəmzi qırmızı lent və tort kəsilib.

Qeyd edək ki, Zirə qəsəbəsindəki “MS Oil”də 20 nəfər əməkdaş çalışır. “MS Oil”in fəaliyyət sahələrini benzin, dizel və qaz yanacağının satışı təşkil edir. Bundan əlavə, YDM-in ərazisində avtoyuma xidməti və market də fəaliyyət göstərir.

Xatırladaq ki, “MS Oil”in filialları aşağıdakı ünvanlarda yerləşir.

MS Oil 1: Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsi;

MS Oil 2: Xırdalan qəsəbəsi, Bakı-Quba yolunun 12-ci kilometrliyi;

MS Oil 3: Koroğlu Rəhimov küçəsi, 65;

MS Oil 4: Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 8;

MS Oil 5: Bakı şəhəri, Salyan şosesi 13 km;

MS Oil 6: Xırdalan şəhəri, Masazır dairəsi;

MS Oil 7: Sabunçu rayonu, Zabrat qəsəbəsi;

MS Oil 8: Zirə qəsəbəsi, Zirə-Pirallahı yolunu qərb hissəsi.

Sosial şəbəkə ünvanları:

MS Oil: Facebook

MS Oil: Instagram