Bakıda aksiya oldu

bakida-aksiya-oldu
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, aksiya iştirakçıları hökm oxunduqdan sonra hakimin qərarına etiraz olaraq etiraz aksiyası keçiriblər. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının verdiyi məlumata görə, aksiyada 200-dən çox adam iştirak edib. Onların arasında cəbhəçilər, müsavatçılar və İctimai Palataya üzv olan digər partiya üzvləri olub: “Biz hakimin qərarına etiraz etdik. Lakin etirazımız aksiya ilə yekunlaşmayacaq, məhkəmələr formasında da davam edəcək. Avropa Məhkəməsinə qədər gedib çıxacaq”.

Həbs olunanların günahsız olduğunu deyən Gözəl Bayramlı əlavə edib ki, onların həbs olunmasının heç bir məntiqi əsası yoxdur: “Hamı bilir ki, onlar öz konstitusion hüquqlarından istifadə edərək mitinqə çıxıblar. Əgər onlar buna görə həbs olunubsa, deməli həmin gün mitinqdə olan bütün adamlar həbs olunmalı idi”.

Fatimə Kərimli