Bakıda ana 5 yaşlı oğlunu öldürdü - Dini ayinlə

bakida-ana-5-yasli-oglunu-oldurdu-
Oxunma sayı: 11948

Bakıda dini təriqət üzvü olan qadın 5 yaşlı oğlunu boğaraq qətlə yetirib.

Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərdən birində baş verib.

Məlumata görə, orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.

Məlum olub ki, uşağı “Yehovanın şahidləri” dini təriqətinin üzvü olan anası Nazilə Qulubəyova öldürüb. Belə ki, N.Qulubəyova “pis ruhları çıxartmaq” üçün oğlunun ağız nahiyəsinə əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı ölüb.

N.Qulubəyova tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.