Bakıda bu taksi şirkəti bağlanır

bakida-bu-taksi-sirketi-baglanir
Oxunma sayı: 4825

“A TAKSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib.

“Qafqazinfo” Banker.az-a istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, ev 17, mənzil 193 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2000 manatdır və qanuni təmsilçisi Elmixan Mehtiyevdir.