Bakıda daha bir “Novas Home” mağazası açıldı - Fotolar

bakida-daha-bir-novas-home-magazasi-acildi
Oxunma sayı: 8380

Bakıda 6500 kv metr ərazini əhatə edən, 20 mindən çox çeşidi özündə birləşdirən yeni ev əşyaları mağazası fəaliyyətə başlayıb.

"Qafqazinfo" xəbər verir ki, "Novas Home" brendi altında fəaliyyətə başlayan mağazada uşaq aləmi, təmizlik əşyaları, kiçik məişət avadanlıqları, aksesuar, dekor, orqanayzer, asılqan, idman, bağ-bağça, qab – qacaq, mebel və bu kimi ev üçün lazım olan bütün əşyalar, o cümlədən, avtomobil aksesuarları satılır.

Ayna Sultanova abidəsi yaxınlığında, Səttar Bəhlulzadə küçəsi 10A ünvanında yerləşən mağaza “Bizim Market” supermarketinin daxilində fəaliyyət göstərir. Müştərilər məhsulları mağazada nağd və eyni zamanda Birkart vasitəsi ilə faizsiz taksitlə də əldə edə bilərlər.

Qeyd edək ki, bu, "Novas Home"un sayca 6-cı böyük mağazasıdır. Eyni konseptdə Günəşli, Əhmədli, İnşaatçılar, Xırdalan ərazilərində "Novas Home" mağazaları fəaliyyət göstərir. Yaxın zamanlarda "Novas Home" şəbəkələrində nağd və kreditlə satış əsasında mobil telefon, kiçik və böyük məişət avadanlıqlarının satışı planlaşdırılır.

Ayna Sultanovada açılan mağaza isə şəbəkənin ən böyük əraziyə malik olan mağazasıdır.