Bakıda dayanacaqda hadisə - Piyada avtobusun altında qaldı

bakida-dayanacaqda-hadise
Oxunma sayı: 8589

Paytaxtın Suraxanı rayonunda baş vermiş yol-nəqliyyat qəzası nəticəsində 1 nəfər dayanacaqda dayanmış avtobusun altına düşüb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, piyadanın xilas olunması üçün Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə çağırılıblar.

Piyada avtobusun altından çıxarılaraq Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.