“Qafqazinfo”ya daxil olan məlumata görə, söküntü işləri İcra Hakimiyyəti tərəfindən təşkil edilib. Bu işə Sabunçu rayonunun aidiyyati qurumlarının bütün əməkdaşları cəlb ediliblər.
Qeyd edək ki, bu Bakıda ikinci oxşar hadisədir. Belə ki, ötən ayın 11-i Xətai rayonu, Zığ yolunda yerləşən 9 mərtəbəli binada yanğın olmuşdu. Hadisədə 56 mənzildə yaşayan ailələrə ziyan dəymişdi.
***
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Trend-ə açıqlama verib:
“Hazırda istintaq gedir. Əgər yanğına səbəb kimi binanın üzlüyünün yanan material olduğu müəyyən edilsə və qərar verilsə ki, belə binaların hamısının üzlükləri sökülsün və onlar yanmayan materiallarla əvəz edilsin, bu qərar yerinə yetiriləcək. Bunun üçün dövlətin imkanı və büdcəsi var”.
***
"Qafqazinfo"nun məlumatına görə, Bakıda "penoplast"ların sökülməsi prezidentin sərəncamı ilə yaradılan komissiyanın qərarına əsasən həyata keçirilir. Artıq söküntü ilə bağlı ilkin qərar verilib. Məlumata görə, Bakıda "penoplast"la üzlənmiş təxminən 500-dən yuxarı bina var. Hazırda Bakının bütün İcra Hakimiyyətləri gücləndirilmiş iş rejiminə keçiblər. Həmin binaların təhlükəsizliyi nəzarət altına götürülüb, binalarda elektrik şitləri yoxlanılır, yanğınla bağlı detallar araşdırılır. Ümumilikdə bütün "penoplast"lı binalarla bağlı vəziyyət təhlil edilir. Böyük ehtimalla onların əksəriyyətinin söküntüsü aparılacaq və bu işə sabahdan başlanılacaq.
Prosesi izləyirik, bütün yeni məlumatlar nəzərinizə çatdırılacaq.
Video:BizimYol.
Son xəbərlər
Son Xəbərlər