Mayın 11-12si Bakı İdman Sarayında İdman Kapoeyrası üzrə dünya çempionatı keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, yarışa 50-dən çox ölkədən 500-dən artıq idmançının qatılacağı gözlənilir.
Yarışda həmçinin dünyanın 12 ən iri kapoeyra qrupları və onların Grand masterləri iştirak edəcək. Yığma komanda dünya çempionatında ölkəmiz müxtəlif çəki və yaş kateqoriyalarında 25 nəfər idmançı ilə təmsil olunacaq .
Qeyd edək ki, yığma komandamızın hazırlıqları Azərbaycan Kapoeyra Federasiyasının baş məşqçisi Elgiz Əlizadə tərəfindən yüksək səviyyədə davam etdirilir.