Bakıda ər arvadını amansızlıqla öldürüb intihara cəhd etdi

bakida-er-arvadini-amansizliqla-oldurub-intihara-cehd-etdi
Oxunma sayı: 6618

Bakıda kişi arvadını öldürdükdən sonra intihara cəhd edib.

Xəzər rayon prokurorluğundan "Qafqazinfo"ya verilən məlumata görə, iyulun 8-i saat 17 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1986-cı il təvəllüdlü Elnarə Musayeva qəsdən öldürülüb.

Zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Yadigar Cəfərov ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı Elnarə Musayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürüb, daha sonra həmin bıçaqla özünə xəsarət yetirib. Yadigar Cəfərov 3 saylı Klinik Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı  Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.