Bakıda əri tərəfindən öldürülən müğənni imiş - Yenilənib

bakida-eri-terefinden-oldurulen-mugenni-imis
Oxunma sayı: 16240

Nizami rayonunda evlərin birində 38 yaşlı Həşimova Yaqut Himayət  qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 39 yaşlı Həşimov Anar Malik oğlu könüllü olaraq polisə gələrək təslim olub.

O saxlanılıb. İlkin məlumata görə, cinayət hadisəsi qısqanclıq zəminində baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Hadisə ilə bağlı Nizami Rayon Prokurorluğu məlumat yayıb.

Məlumatda deyilir ki, oktyabrın 16-da 1985-ci il təvəllüdlü Yaqut Həşimovanın qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1984-cü il təvəllüdlü Anar Həşimovun Nizami rayonu, Şərifli küçəsində birgə yaşadıqları mənzildə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Yaqut Həşimovanı bıçaq xəsarətəri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb,  Anar Həşimov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

“Report”un məlumatına görə, Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. “AzəriStar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır.

Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.