Bakıda əsgər texniki qəza nəticəsində öldü

bakida-esger-texniki-qeza-neticesinde-oldu
Oxunma sayı: 7526

Azərbaycan Ordusunun əsgəri texniki qəza nəticəsində ölüb.

Müdafiə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, Bakı qarnizonunda xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Ağamalıyev Nurlan Elşən oğlu iyulun 2-si səhər saatlarında baş vermiş texniki qəza nəticəsində həlak olub.

Faktla bağlı araşdırma aparılır.