Bakıda eyni körpüdə növbəti dəfə - Millinin azarkeşi yıxıldı+Foto

bakida-eyni-korpude-novbeti-defe
Oxunma sayı: 7613

Xəbər verdiyimiz kimi, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan-Norveç oyunu keçiriləcək.

Qafqazinfo” xəbər verir ki, oyuna baxmağa gələn azarkeşlərdən biri stadiona gedən yolda yıxılıb. Adı hələlik məlum olmayan vətəndaş “bardür”ü aşmaq istəyərkən körpüdən yıxılıb.

Vəziyyəti ağır olan şəxs təcili tibbi yardımla xəstəxanaya aparılır.

Qeyd edək ki, bu hal sözügedən körpüdə yaşanan birinci hadisə deyil. Belə ki, bu ilin mayında Bakı Olimpiya Stadionunda baş tutan Azərbaycan-Portuqaliya oyunundan qayıdan azarkeş həmin yerdən yıxılaraq vəfat etmişdi. 

***

Futbol11.az-ın məlumatına görə, körpüdən yıxılan azarkeş Zahidov Nahiddir. Hadisədən dərhal sonra 3 saylı Sabunçu Klinik Xəstəxanasına aparılan Zahidovun vəziyyəti ağırdı. Məlumatı onun aparıldığı xəstəxanadan da təsdiqləyiblər.

Elsevər