Bakıda fotoqraf “Lamborghini”si ilə qəza törətdi - Fotolar

bakida-fotoqraf-lamborghinisi-ile-qeza-toretdi
Oxunma sayı: 2061

Bakının mərkəzində yol qəzası baş verib.

“Qafqazinfo” AzVision.az-a istinadən xəbər verir ki, Bülbül prospektində VAZ 21 07 markalı avtomobil qiyməti yarım milyon dəyərində ölçülən “Lamborghini” ilə toqquşub. Qəza nəticəsinə hər iki avtomobilə ziyan dəyib.

Qeyd edək ki, 10-KK-085 dövlət nömrə nişanlı “Lamborghini” fotoqraf Cəlal Kəngərliyə məxsusdur.