Bakıda gənc qız faciəvi şəkildə ölüb.
“Qafqazinfo” xəbər verir ki, Aysu Həsən qızı Abbasəliyeva Binəqədi rayonunda yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib.
O, dünən saat 16 radələrində yaşadığı evin hamam otağında huşsuz halda aşkarlanıb. Təcili tibbi yardım çıxılsa da, 25 yaşlı Aysunun vəfat etməsi müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər