Hazırda paytaxtda dumanlı hava hökm sürür.
“Qafqazinfo” xəbər verir ki, duman daha çox Yasamal və Səbail rayonlarında müşahidə olunur.
Təqdim etdiyimiz görüntülər Badamdar ərazisində qeydə alınıb:
***
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata görə, hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bildirilib ki, Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “dumanlı hava” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Son xəbərlər
Son Xəbərlər