Bakıda güclü külək 20 ağacı sındırıb - Fotolar

bakida-guclu-kulek-20-agaci-sindirib
Oxunma sayı: 2202

Bakıda güclü külək nəticəsində 20 ağac sınıb, 30-dan çox ağacın budaqları qırılıb.

Bu barədə “Qafqazinfo”ya Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.  

Bildirilib ki, bütün hallarda qurumun əməkdaşları tərəfindən sınan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib.