Bakıda güclü küləkdə xəsarət alan qadınların sayı artdı - Yenilənib

bakida-guclu-kulekde-xesaret-alan-qadinlarin-sayi-artdi
Oxunma sayı: 7561

Bakıda hökm sürən küləkli hava şəraiti səbəbindən 6 nəfər (qadın) müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Bu barədə “Qafqazinfo”ya Səhiyyə Nazirliyindən məlumat verilib. 

Yaralananlar müxtəlif xəsarətlərlə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya çatdırılıblar.

***

Bakıda hava şəraiti ilə əlaqədar küləyin törətdiyi fəsad nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

TƏBİB-dən verilən məlumata görə, yaralananlar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanalara çatdırılıblar. 

Xəsarət alanların ümumi vəziyyəti stabil olaraq qiymətləndirilir. Xəsarət alanların hamısı qadındır. Onlara hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində tibbi yardım göstərilir.