Bakıda hoteldə yanğın - Körpə belə xilas olundu - Video

bakida-hotelde-yangin
Oxunma sayı: 5249

Nərimanov rayonunda yerləşən hoteldə yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.

Məlum olub ki, yanğının ümumi sahəsi 4 500 kv.m olan beşmərtəbəli hotelin 1-ci mərtəbəsində yerləşən elektrik açarlarında baş verib. Yanğın qısa müddətdə söndürülüb.

Nəticədə binanın birinci mərtəbəsində divara bərkidilmiş 7 ədəd elektrik qoruyucu açarı və 2 p.m. elektrik kabeli yanıb. Hadisə zamanı köməksiz vəziyyətdə qalan ana və 2024-cü il təvəllüdlü körpə xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hotel binası yanğından mühafizə olunub.