Bakıda idman meydançasında meyit tapıldı

bakida-idman-meydancasinda-meyit-tapildi
Oxunma sayı: 3292

Paytaxtın Sabunçu rayonunda meyit tapılıb.

“Qafqazinfo” xəbər verir ki, Bakıxanov qəsəbəsi Sülh küçəsi 12-də yerləşən binanın həyətindəki idman meydançasında kişi meyiti aşkarlanıb.

Meydançadakı turnikin yanında tapılan meyitin 1963-cü il təvəllüdlü F.Baxşəliyevə məxsus olması məlum olub. Əvvəllər məhkum olunmuş şəxsin evsiz olduğu və tüfeyli həyat tərzi sürdüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.