Bakıda kişi arvadını boğazından bıçaqlayıb öldürdü

bakida-kisi-arvadini-bogazindan-bicaqlayib-oldurdu
Oxunma sayı: 3483

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, 42 yaşlı Svetlana Məmmədova həyat yoldaşı ilə mübahisə edib.

Mübahisə zamanı qadın boğazından bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, bu gün 3 saylı şəhər xəstəxanasında ölüb.