Bakıda maşın elektrik dirəyinə çırpılıb yandı - Video

bakida-masin-elektrik-direyine-cirpilib-yandi
Oxunma sayı: 4052

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, hadisə Yasamal rayonu ərazisində, Yasamal Rayon Polis İdarəsinin qarşısında olub.

Belə ki, A.Salamzadə küçəsi ilə hərəkət edən avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə nəqliyyat vasitəsi zərbənin təsirindən alışıb.

Hadisə yerinə bir neçə yanğısöndürən maşın cəlb olunsa da, nəqliyyat vasitəsi tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Hadisəyə yüksək sürətin səbəb olduğu ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.