Bakıda Mədəniyyət Evində yanğın - Video+Fotolar

bakida-medeniyyet-evinde-yangin
Oxunma sayı: 6052

Bakıda binada yanğın olub.

"Qafqazinfo" xəbər verir ki, hadisə Bəşir Səfəroğlu küçəsində yerləşən 3 mərtəbəli binaların birində baş verib. Yanğın binanın sonuncu mərtəbəsində mənzillərin birində baş verib.

***

Hadisə Mədəniyyət Evinin elmi-metodiki mərkəzində qeydə alınıb. Yanğın 50 kvadratmetr ərazidə baş verib. Tarixi bina kimi Mədəniyyət Nazirliyinin balansında olub. Hazırda yanğın söndürülüb, xəsarət alan və ya ölən yoxdur.

***

Mədəniyyət üzrə elmi metodiki və ixtisasartırma mərkəzinin direktoru Asif Usubaliyev  yanğınla bağlı jurnalistlərə açıqlama verib. O qeyd edib ki, yanğın səhər saat 6-dan sonra baş verib və əsasən 3-cü mərtəbəni əhatə edib: “  Hazırda yanğınla bağlı istintaq gedəcək. İlkin ehtimala görə, yanğın qısaqapanmadan baş verib. 3-cü mərtəbənin əsas otağı sıradan çıxıb”.

Fotolar: Pərvin Zeynal