Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Hüsaməddin Cindoruk vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, 93 yaşlı sabiq siyasətçi müalicə aldığı Koç Universiteti Xəstəxanasında həyata gözlərini yumub.
Bildirilib ki, H.Cindoruk 25 dekabr 2025-ci ildə evdə oksigen səviyyəsinin azalması səbəbindən xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağır olduğundan reanimasiya şöbəsində müalicəsi davam etdirilirdi.
Qeyd edək ki, o, uzun illər Türkiyə siyasətində mühüm rol oynamış və Türkiyə Böyük Millət Məclisinin sədri (1991-1995) vəzifəsində çalışmışdı.
Son xəbərlər
Son Xəbərlər