Bakıda məktəbdə oğlan sevdiyi qızı bıçaqlayıb?

bakida-mektebde-oglan-sevdiyi-qizi-bicaqlayib
Oxunma sayı: 4122

Sosial şəbəkələrdə Bakının Xəzər rayonu, 136 nömrəli tam orta məktəbdə bıçaqlanma hadisəsi barədə məlumat yayılıb. Məktəbdə təhsil alan oğlanın sevdiyi qızı bıçaqladığı bildirilir.

“Qafqazinfo” hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb.

DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev saytımıza açıqlamasında şagirdlər arasında mübahisə olduğunu təsdiqləyib: “Məsələ araşdırılıb. Məlum olub ki, şagirdlər arasında mübahisə olub. Onların arasında bıçaqlanma olması ilə bağlı iddialar təsdiqini tapmayıb”.

136 nömrəli tam orta məktəbdən bildirilib ki, məlumat həqiqətə uyğun deyil.