Bakıda özəl reabilitasiya mərkəzinə yerləşdirilən xəstə öldü

bakida-ozel-reabilitasiya-merkezine-yerlesdirilen-xeste-oldu
Oxunma sayı: 1175

Paytaxtın Binəqədi rayonunda yerləşən özəl reabilitasiya mərkəzinə yerləşdirilən şəxs müəmmalı şəraitdə ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə iyunun 12-si saat 09 radələrində Görədil qəsəbəsi ərazisində yerləşən “Reself Lite” reabilitasiya mərkəzində baş verib.

Belə ki, orada müalicə alan Zaqatala rayon sakini, 1985-ci il təvəllüdlü Ə. Ramazanov naməlum səbəbdən ölüb. Onun bir müddətdir qeyd edilən mərkəzdə müalicə aldığı bildirilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğuna araşdırmalara başlanılıb.

Aslan Vəliyev