Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində qadın avtomobilə hücum çəkib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə qadının idarə etdiyi maşınla qarşısındakı avtomobili vurduğu, daha sonra yerə enərək zərbələr endirdiyi, şüşələrini sındırmağa çalışdığı əks olunub.
İddialara görə, sözügedən avtomobil hadisəni törədən xanımın həyat yoldaşına aiddir.
Əldə etdiyimiz məlumata görə, hüquq-mühafizə orqanları hadisədən məlumatlıdır. Həmin şəxs artıq aidiyyəti polis şöbəsinə dəvət olunub.
***
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, 1992-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən müəyyən edilərək polis şöbəsinə dəvət olunub.
Onunla profilaktik-izahedici söhbət aparılıb, hərəkətlərinə hüquqi qiymət verilərək barəsində qanunvericiliyə uyğun inzibati protokol tərtib edilib.
Qeyd edək ki, qadının hərəkətləri ilə bağlı həyat yoldaşı tərəfindən polis orqanına hər hansı şikayət daxil olmayıb.
Vətəndaşların ictimai qaydalara və qanunvericiliyin tələblərinə riayət etmələri, xüsusilə ailə-məişət münasibətlərində qarşı tərəfin hüquq və qanuni mənafelərinə hörmətlə yanaşmaları tövsiyə olunur.
Sözügedən görüntüləri təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər