Bu gün Bakı şəhər Xəzər rayonu ərazisində yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, Zirə qəsəbəsinə gedən yolda “Toyota Prius” markalı avtomobil qorunmayan keçiddən keçən yük qatarı ilə toqquşub. Nəticədə qatar avtomobili xeyli məsafədə sürüyərək aparıb. Maşının içində sıxılmış vəziyyətdə qalan şəxsləri FHN-in xilasediciləri çıxarıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.
***
Azərbaycan Dəmir Yollarından bildirilib ki, iyulun 20-si saat 11:10 radələrində Dübəndi-Zirə dəmir yolu xəttinin 23-cü kilometrində ADY-yə məxsus yol maşını təmir işləri aparan zaman dövlət qeydiyyat nişanı 77-KD-762 olan “Toyota Prius” markalı avtomobil qorunmayan dəmiryol keçidini keçməyə cəhd edib. Maşinist tərəfindən təcili tormozlanma aparılsa da toqquşma qaçılmaz olub. Nəticədə minik avtomobilinin sürücüsü və 1 sərnişin xəsarət alıb, yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Hadisə aidiyyəti üzrə araşdırılır.
***
DİN Mətbuat xidmətindən bildirilib ki, bu gün Bakı şəhər Xəzər rayonu ərazisində “Toyota Prius” markalı avtomobil ilə yük qatarının toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.
Həmçinin oxuyun: В Баку без соответствующего разрешения сносится жилое здание - Видео
Son xəbərlər
Son Xəbərlər