Bakıda qəbiristanlıqda yanğın - Video+Yenilənib

bakida-qebiristanliqda-yangin
Oxunma sayı: 6562

Bakıda yanğın baş verib.

"Qafqazinfo" xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Yanğın Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda qeydə alınıb.

***

Fövqəladə Hallar Nazirliyi baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən "Qafqazinfo"ya bildirilib ki, Suraxanı rayonunda qəbiristanlıq ərazisində təxminən 100 m² sahədə quru ot və məişət tullantıları yanıb. 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.