Bakıda “Range Rover” qəza törətdi - Ölənlər var

bakida-range-rover-qeza-toretdi
Oxunma sayı: 14925

Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Nardaran qəsəbəsində yerləşən “Sea breeze” otelinin yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Range Rover” və “Kia” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində “Kia” markalı avtomobildə sıxılı vəziyyətdə qalan sürücü Zülfüqar Zülfüqarlı hadisə yerində, 22 yaşlı sərnişini isə bir neçə saat sonra vəfat edib.

Xəsarət alan digər iki sərnişin ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisəyə səbəb “Range Rover” markalı minik avtomobilinin yüksək sürətlə hərəkət etməsi səbəb olub.