Bakıda tuneldəki qəza tıxac yaratdı - Foto

bakida-tuneldeki-qeza-tixac-yaratdi
Oxunma sayı: 2212

Hazırda Ağa Nemətulla küçəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya bildirilib.

Məlumata görə, bu, küçədən keçən müntəzəm marşrut xətlərinin intervalında ləngimələrə səbəb olub.

Sıxlıq A.Nemətulla küçəsində tuneldə baş vermiş yol-nəqliyyat hadisəsi səbəbindən yaranıb.