Bakıda uçqun baş verdi

bakida-ucqun-bas-verdi
Oxunma sayı: 4390

Bakıda uçqun baş verib. 

"Qafqazinfo" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənovun APA-ya verdiyi məlumata görə, uçqun prosesi Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 34 ünvanında qeydə alınıb.

Onun sözlərinə görə, yaxınlıqdakı fərdi yaşayış evindən 2 metr aralıda, təxminən 7-8 metr məsafədə kəsilmiş maili yamacda uçqun olub.

“Uçqunun baş vermə səbəbi atmosfer yağıntılarıdır. Uçqunun hündürlüyü 3,5 - 4 metrdir” – deyə R. Həsənov qeyd edib.