Bakıda yolu keçən qadını maşın vurub öldürdü - Fotolar - Yenilənib

bakida-yolu-kecen-qadini-masin-vurub-oldurdu
Oxunma sayı: 4030

Paytaxtın Xəzər rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Mərdəkan dairəsindən Buzovna qəsəbəsinə gedən yolda - Şağan qəsəbəsi ərazisində minik avtomobili yolu keçən qadını vurub.

Nəticədə, piyada həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada həyatını itirən qadının kimliyi müəyyənləşib.

Məlum olub ki, “Mercedes” markalı avtomobillə vurulub öldürülən şəxs 1957-ci il təvəllüdlü Abdullayeva Gülarə Məmmədhəsən qızıdır.