Bakıdakı məşhur ticarət mərkəzində ölüm

bakidaki-meshur-ticaret-merkezinde-olum
Oxunma sayı: 1357

“Laçın” ticarət mərkəzində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, avqustun 5-i saat 12 radələrində Qara Qarayev prospekti 105-də yerləşən ticarət mərkəzində lift ustası 1962-ci il təvəllüdlü Namiq Balaməmməd oğlu Məmmədov lifti təmir edərkən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş N.Məmmədov saat 17 radələrində orada ölüb.

Faktla bağlı araşdırma aparılır.