Bakıdan bu şəhərə uçuşlar başlayır

bakidan-bu-sehere-ucuslar-baslayir
Oxunma sayı: 7117

AZAL QSC-nin tərkibinə daxil olan aşağıbüdcəli “Buta Airways” aviaşirkəti yeni Bakı-Soçi-Bakı marşrutu üzrə aviabiletlərin satışını elan edir.

“Qafqazinfo” xəbər verir ki, Qara dəniz sahilinə uçuşlar martın 18-dən etibarən həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.

Bu istiqamət üzrə biletləri aviadaşıyıcının www.butaairways.az saytında ("Büdcə", "Standart" və "Super" tarifləri üzrə) əldə etmək mümkündür. Həmçinin, aviabiletləri “Buta Airways” mobil tətbiqi vasitəsilə əldə etmək olar.

Qeyd edək ki, Soçi Rusiyanın Qara dəniz sahilində yerləşən məşhur kurortdur.