Bakıdan qalxan təyyarə uçuşdan kənara çıxdı - Fotolar+ Yenilənib

bakidan-qalxan-teyyare-ucusdan-kenara-cixdi
Oxunma sayı: 8549

Moskvanın Şeremetyevo hava limanında insident yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, Bakıdan havaya qalxan “Qolfstrim” (“Gulfstream”) biznes-jet təyyarəsi aeroportda uçuş-enmə zolağından kənara çıxıb.

Göyərtədə iki pilot və üç sərnişin olmaqla 5 nəfər olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. 

İnsidentlə bağlı aeroportun uçuş-enmə zolağının biri müvəqqəti bağlanıb.

***

“Silk Way Business Aviation” şirkətindən “Qafqazinfo”ya verilən məlumata görə, şirkətə məxsus təyyarə Şeremetyevo hava limanında qarlı zolağa enərkən zolaqdan kənara çıxıb.

Təyyarənin göyərtəsində 3 nəfər olub və onların heç biri xəsarət almayıb.

İlkin qiymətləndirməyə görə, təyyarəyə ziyan dəyməyib.