Sabunçu rayonu Bakıxanov qəsəbəsində eyvanlarda quraşdırılan və şəhərin estetik görünüşünü pozan paltar ipləri sökülüb.
DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq göstərişinə əsasən şəhərin estetik görünüşünün pozulmaması üçün paytaxtın mərkəzi prospektlərində, ayrı-ayrı qəsəbələrində yaşayan sakinlərə eyvanlardan paltar asmağı dayandırmaq barədə xəbərdarlıq edilib.
Bu göstərişin icrasını təmin etmək məqsədi ilə bu gün Bakıxanov qəsəbəsində reyd keçirilib.
Tədbir zamanı evyanda paltar qurutmaq üçün asılan iplər sökülüb, həmin ipləri bərkitmək üçün quraşdırılan dəmir konstruksiyalar kəsilib. Mənzillərdə olan polis və mənzil istisimar sahələrinin əməkdaşları vətəndaşlarla profilaktik söhbətlər apararaq bu cür halların şəhərdə xoşagəlməz görüntü yaratdığı barədə məlumat veriblər.
.jpg)
.jpg)
.jpg)
.jpg)
Son xəbərlər
Son Xəbərlər