Dünən Surqut-Bakı təyyarəsində halı pisləşən sərnişin vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, Rusiya vətəndaşı 1969-cu il təvəllüdlü Esmira Məlik qızı Rəhmanova Surqut-Bakı reysini həyata keçirən təyyarə ilə Azərbaycan paytaxtına eniş edərkən ölüb.
Onun infarkt səbəbindən dünyasını dəyişdiyi bildirilib.
Qeyd edilib ki, mərhum onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər