“Baku Electronics” müştərilərin kredit ödənişlərinə güzəşt müddəti verir

baku-electronics-musterilerin-kredit-odenislerine-guzest-muddeti-verir
Oxunma sayı: 6797

Azərbaycanın ən böyük elektronika mağazaları şəbəkələrindən biri olan “Baku Electronics” karantin rejimi ilə əlaqədar olaraq bütün müştərilərin aylıq ödənişlərinə aprel ayı üçün bir aylıq möhlət müddəti etdiyini elan edib.

"Qafqazinfo" xəbər verir ki, şirkət rəhbərliyinin bildirdiyi məlumata görə, bu addımı atmaqda məqsəd koronavirus riskinin olduğu bir dövrdə əhaliyə evdə qalmağa çağırış etməkdir. Belə ki, karantin müddətində ödəniş edə bilməyən müştərilərə gecikmə və ya hər hansı bir cərimə tətbiq olunmayacaq. Əksinə, bütün müştərilərə ödəniş üçün əlavə bir ay müddət veriləcək.

Qeyd edək ki, 29 martdan etibarən mağazaların işinə müvəqqəti fasilə verilməsinə baxmayaraq Baku Electronics-in onlayn şöbəsi – www.bakuelectronics.az saytı fasiləsiz olaraq gücləndirilmiş rejimdə işini davam etdirəcək. Sayt vasitəsilə alınan məhsullar Bakı ilə yanaşı Sumqayıt, Xırdalan, Gəncə Şəmkir, Minqəçevir, İsmayıllı, Şəki, Bərdə, Lənkəran, Quba və Xaçmaz şəhərlərinə pulsuz çatdırılacaq.

Qeyd edək ki, 25 illiyini qeyd etmiş “Baku Electronics” şirkətinin bütün Azərbaycan boyunca 20 mağazası fəaliyyət göstərir.