“BakuBus” təqaüdə çıxan sürücüləri yola saldı - Video

bakubus-teqaude-cixan-suruculeri-yola-saldi
Oxunma sayı: 2569

“BakuBus” uzun illər boyunca şəhər sərnişinlərinə yüksək məsuliyyət və peşəkarlıqla xidmət göstərmiş sürücülərini xüsusi ehtiramla yola salıb.

“Qafqazinfo” xəbər verir ki, təqaüdə çıxan əməkdaşlar üçün təşkil olunan mərasimdə onların zəhməti, fədakarlığı və illər ərzində göstərdikləri nümunəvi xidmətlər yüksək qiymətləndirilib.

Təqaüdə yollanan sürücülər – Cavid Quliyev, Həmzəd Məmmədov və Nazim Əkbərov çıxış edərək keçirdikləri illərlə bağlı hisslərini bölüşüblər.

Onlara təşəkkür plaketləri və xatirə hədiyyələri təqdim olunub, həmkarları tərəfindən səmimi alqışlarla yola salınıblar.