Balabəy Ağayev qızıl medal qazandı

balabey-agayev-qizil-medal-qazandi
Oxunma sayı: 411

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, finalda Tacikistan təmsilçisi Loiq Kudbudinovla qarşılaşan idmançı rəqibinə qabil gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.