Balakəndə şəhərin mərkəzində ayı göründü - Video

balakende-seherin-merkezinde-ayi-gorundu
Oxunma sayı: 4725

Bu gün Balakənin Mahamalar kəndində qonur ayı balaları görünüb. Görüntülərdən də aydın olur ki, ayılar avtomobillərin qarşısı ilə küçə boyu qaçırlar. 

AMEA-nın Zoologiya İnstitutunun əməkdaşı Elşad Əsgərov “Qafqazinfo”ya bildirib ki, ayı balaları bu gün səhər saatlarında görünüb. Hər iki qonur ayı baladırlar və bu vaxtlar qış yuxusuna getməyə hazırlıq üçün dağdan kəndə eniblər: 

“Maşınlar bu heyvanları qabağına qatıb qovlayırlar. Əslində onlar bu heyvanlara dəyməsələr, özləri çıxıb gedəcəklər. Ayılar qış yuxusundan əvvəl daha çox karbohidrat qidasına keçirlər, çünki şirəli meyvələri yeyəndə bədəndə piyə çevrilir və qış yuxusuna gedirlər. Balakəndə çoxlu bağlar var, hətta şabalıdı da  yağlanmaq üçün yeyirlər. Ona görə də kəndlərə yaxın yerlərə gəlirlər”.

E. Əsgərov həmçinin bildirib ki, ayı balalarının birinin meşəyə getdiyi müşahidə olunub, digərindən isə hələ xəbər yoxdur.

Həmçinin oxuyun: “East Park” gözəllik salonunu qanunsuz söküb? - Sahibkardan iddia

“Dedilər ki, get pulunu general Aydəmirovdan al”

“Space” TV məhkəməyə verildi - Borcunu ödəmir