“Bank Respublika”nın səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaq

bank-respublikanin-sehmlerinin-abune-yazilisi-usulu-ile-yerlesdirilmesi-bas-tutacaq
Oxunma sayı: 1269

3 noyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Bank Respublika” ASC-nin ümumi dəyəri 500,000 (beş yüz min) manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib.

5 dekabr 2023-cü il tarixində “Bank Respublika” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Qiymətli kağızların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

Səhmlərin növü və forması

Səhmlərin sayı

Nominal Dəyəri

Yerləşdirmə  forması

 

 

Yerləşdirmə tarixi

Anderrayter

AZ1002002884

Adi adlı  sənədsiz  səhm

204 082 (ədəd)

 

2,45 manat

 

Abunə yazılışı

 

    05.12.2023

Paşa Kapital  İnvestisiya Şirkəti” QSC