Banklar pensiya tenderlərini necə udur? – Təhlil

banklar-pensiya-tenderlerini-nece-udur-tehlil-
Oxunma sayı: 1034


Azərbaycanın bank sektorunda pensiya və müavinətlərin, o cümlədən də dövlət büdcəsində işləyənlərin əmək haqlarının verilməsində iştirak edən cəmi iki bank var: Kapitalbank və Azərbaycan Beynəlxalq Bankı.

Hansı ki, 2004-cü ildə Dövlət Sosial Müdafiə Fondu pensiyaların və müavinətlərin plastik kartlarla verilməsi barədə sifariş verəndə tenderə 12 bank təklif yollamışdı. 2005-ci ildə isə Rabitə Nazirliyinin «Azərpoçt» Səhmdar Cəmiyyəti də bu prossesdə iştirak etmək niyyətində olduğunu bildirirdi. Banklar pensiyaların verilməsi tenderinə öz təkliflərini irəli sürəndə ən müvəkkil banklara ən yüksək faiz qalığı 0.3 faiz idi. 2004-cü ilə qədər əsasən poçt məntəqələrində pensiyaların verilməsini həyata keçirən «Azərpoçt» xidmət haqqı olaraq müvəkkilliyə görə, daha çox faiz istəyirdi. Həm də qeyri-bank təşkilatı olduğundan bu qurumun tenderdə iştirakı çətinləşdi.

Milli Bank 2004-cü ildə elan etdiyi tenderi yekunlaşdıra bilmədi. Nəinki 2005, 2009-cu ilə qədər icrasının yekunlaşdırılması göstərilən proqramm belə başa çatrıla bilmədi. Səbəb isə kifayət qədər sadə idi. Yalnız ABB kriteriyalara cavab verirdi. Amma təkliflər də var idi ki, regionlarda pensiyaların verilməsi ABB-yə həvalə edilsin Bakıda isə bu işi digər bir neçə bank həyata keçirsin ki, pensiya və müavinətlər verilən zaman uzunmüddətli növbələr yaranmasın. Amma bu baş vermədi.

Müvəkkil bankın seçilməsi zamanı hegemonluq və diqtə həm də indi araşdıracağımız məqamlar xüsusi əhəmiyyət kəsb edirdi. Beləliklə, ilk müvəkkil bank tenderi elan edildi və başa çatdı. Bu tenderin keçirilməsi üçün DSMF-ə 900 min manat pul ayrıldı. Amma yalnız Bakı şəhərində pensiyaların bankomatla verilməsi başlandı. Daha sonra 2006-2007-ci illərdə 1.1 milyon manat bu vəsaitxərcləndi. Hökumət elan edirdi ki, 2009-cu ilin sonuna qədər bütün ölkədə plastik kartların verilməsi yekunlaşacaq. Amma 2010-cu ilə qədər bu baş vermədi. Bu təxirəsalma ilə əlaqədar DSMF-in 2009-cu il üçün büdcəsində 1,3 mln. manat qaldı. Və o zaman Səlim Müslümov Milli Məclisdəki çıxışında bəyan etdi ki, qalıq pullar digər təxirəsalınmaz tədbirlərin maliyyələşdirilməsinə yönələcək.
Lakin biz 2009-cu ilin büdcə hesabatında bu pulun konkret detallar üzrə hara xərcləndiyini göə bilmədik. Hesabatın DSMF aid bölməsində 4.12, 4.13-cu maddələrindən sonra sosial sığorta bölümlərinin təşkili maddələri gəlirdi və qeyd etdiyimiz həmin 1.3 milyon manatın taleyi elə bilinməyən digər xərclərin taleyi kimi qaranlıq qaldı.

Araşdırmalar göstərir ki, rentabellik baxımından dövlətin səhm nəzarət paketi dövlətə məxsus olmayan xeyli bank bu tenderlərdən kənarda saxlanılıb. Səbəb isə çox sadədir. Seçilmiş bir neçə bank bu sahədə böyük pullar qazana bilir. Məsələn 2010-cu ildə biz DSMF-in rəsmi olaraq Mərkəzi Banka yolladığı bir açıqlamasını əldə etmişik. Fondun sığorta təqaüdü siyasəti və strateji tədqiqatlar şöbəsinin müdiri Elman Mehdiyev MB-yə ünvanladığı məktubunda pensiyaların gecikməsinin ciddi problem olduğunu qeyd edir. E.Mehdiyev yazır ki, təqaüd ödənişlərinin dəyişkən qrafikinin tətbiqi yolverilməzdir. Bu məktub Beynəlxalq Banka da ünvanlanır.

Və əlbəttə ki, bankdan cavab verilir ki, Bakı şəhərində pensiyalar eyni gündə veriləndə növbələr yaranır və terminallarda pul qurtarır. O səbəbdən də bu baş verir.
Və təbii ki, müvəkkil bank dövlət adına sifarişçi olan DSMFlə imzaladığı tender razılaşmasında pensiyaların stabil, dəyişməyən qrafiklə verilməsini üzərinə götürür. Hətta bu maddənin pozulacağı təqdirdə, cərimə halında sanksiyaları da üstlənir. Lakin dəfələrlə edilən müraciətlərə baxmayaraq hər iki pensiya verən müvəkkil bank vahid ödəmə qrafiki sistemindən müxtəlif bəhanələrlə boyun qaçırırlar. Nəticə etibarilə də hər gecikdirilən gün 1.27 milyon nəfər pensiyaçının 3 milyon manata qədər vəsaiti banka gəlir gətirir. Bu vəsaitlər bəzən bir neçə gün yubadılır ki, bankçılıqdan sadə anlayışı olanların bu qədər pulun aktiv olaraq bank hesabında hərəkət etməsinin nə qədər gəlir gətirə bilicəyini hesablaya bilir.

Sosial yönümlü ödənişlərin plastik kartlarla verilməsi üzrə dövlət sifarişlərinin reallaşdırılması işində həm də bankların iştirakı kifayət qədər vacibdir. Mərkəzi Bankın tələblərində göstərilir ki, pul tədavülü, qiymətli kağızlar üzrə dövriyyəsi və ən əsası nizamnamə kapitalının həcmi imkan verdikdə istənilən kommersiya bankı pensiya təminatında iştirakçı-müvəkkil tərəfə çevrilə bilər. «Mərkəzi bank haqqında» qanunun tələblərində də göstərilir ki, sosial ödənişlərin keyfiyyətli və dəqiq aparılması üçün MB nəzarətçi və inzibatçı funksiyasını həyata keçirir. Bu qanunun tələblərinə uyğun olaraq MB DSMF-in dövlət adına sifarişçi olduğu müvəkkil bank seçimində həm nəzarətçi, həm də inzibatçı rolunu oynayır. Elan edilmiş tenderlərdə isə MB-yə aylıq fəaliyyət hesabatı verən bankların xarakteristikası əsas göstərilir.

Lakin biz bu dövlət siyasətində müstəqil bankların inkişafının şahidi olmuruq. 2004-cü ildən bir, 2008-ciildən etibarən isə 2-ci bankdan savayı heç bir bank pensiya ödənişlərini həyata keçirə bilmir. O cümlədən də müavinətlər və büdcə təşkilatlarında işləyənlərin əmək haqlarının ödənilməsində. Və ən maraqlı fakt ondan ibarətdir ki, əgər 2006-cı ilin mayın-17də dövlət başçısının 377 saylı sərəncamı ilə pensiya ödənişlərinin təkminləşdirilməsi sürətlənməli idi. Bu sənəddən irəli gələn konkret tələblərdən biri də müvəkkil bankların seçilməsində şəffaflığın təmin edilməsi oldu. Amma yenə də cəmi iki bank pensiyaların verilməsini həyata keçirdi. Dəyişən pensiyaların həcmidir ki, bundan da yalnız iki bankın inkişafı üçün istifadə olunur.

Ardı var