Arif Hacılı aksiyanı dayandırdı

arif-hacili-aksiyani-dayandirdi
Oxunma sayı: 1020

İctimai Palatadan “Media forum” saytına verilən məlumata görə, mayın 22-də Arif Hacılı həyat yoldaşı Nəzakət Hacılı ilə telefon əlaqəsi saxlayıb. Telefon söhbətində Arif Hacılı İctimai Palata Koordinasiya Şurasının, ziyalıların, Müsavat Partiyası Divanının, ailəsinin və ictimaiyyət nümayəndələrinin xahişini nəzərə alaraq aclığı dayandırdığını söyləyib.

16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Arif Hacılı mayın 15-dən aclıq edirdi.

Arif Hacılı müxalif İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi sanksiyalaşdırılmamış etiraz aksiyasına görə 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.