“Barselona” 18 yaşlı futbolçu transfer etdi

barselona-18-yasli-futbolcu-transfer-etdi
Oxunma sayı: 1728

"Barselona" yeni transferini açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, Kataloniya təmsilçisi "Boka Xuniors"un futbolçusu Santyaqo Ramosu heyətinə qatıb.

18 yaşlı mərkəz müdafiəçisi ilə 3+2 illik müqavilə imzalanıb. O, "Barselona B" komandasında çıxış edəcək.

Qeyd edək ki, argentinalı futbolçuya 60 milyon avro qiymət qoyulub. O, əsas komandaya keçəcəyi təqdirdə, qiyməti 100 milyon avroya qədər yüksələcək.