“Transfermarkt” portalının tərtib etdiyi siyahıya əsasən, son 10 mövsümdə yeni futbolçuların transferinə ən çox pul xərcləyən La Liqa klublarının ilk onluğu bəlli olub.
“Qafqazinfo” xəbər verir ki, reytinq cədvəlinə “Barselona” başçılıq edir.
Klub qeyd olunan müddətdə transferlərə 1 milyard 400 milyon avro xərcləyib.
Qeyd edək ki, siyahıda diqqətçəkən məqam odur ki, “Real Madrid” ilk ikiliyə daxil ola bilməyib. Paytaxt təmsilçisi 1 milyard 280 milyon avro xərclə ikinci yox, yalnız üçüncü pillədə qərarlaşıb. İkinci yeri isə 1 milyard 300 milyon avro göstərici ilə “Atletiko Madrid” tutur.
Son 10 mövsümdə transferlərə ən çox xərc çəkən La Liqa klublarının ilk onluğu aşağıdakı kimidir:
“Barselona” – 1 milyard 400 milyon avro;
“Atletiko Madrid” – 1 milyard 300 milyon avro;
“Real Madrid” – 1 milyard 280 milyon avro;
“Sevilya” – 555 milyon avro;
“Vilyarreal” – 472 milyon avro;
“Betis” – 365 milyon avro;
“Valensiya” – 332 milyon avro;
“Real Sosyedad” – 226 milyon avro;
“Almeriya” – 184 milyon avro;
“Selta” – 178 milyon avro.
Son xəbərlər
Son Xəbərlər